...

Azərbaycan hakimi Avropa Liqasında "Latsio"nun oyununu idarə edəcək

İdman Materials 17 Sentyabr 2018 14:05 (UTC +04:00)
Azərbaycan hakimi Avropa Liqasında "Latsio"nun oyununu idarə edəcək.
Azərbaycan hakimi Avropa Liqasında "Latsio"nun oyununu idarə edəcək

Bakı. Trend:

Azərbaycan hakimi “Latsio” - “Apollon” oyununu idarə edəcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Latsio” (Roma, İtaliya) - “Apollon” (Limassol, Kipr) oyununa təyinat alıb.

Ə.Ağayevin köməkçiləri Zeynal Zeynalov, Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov, Orxan Məmmədov, dördüncü hakim isə Mübariz Haşımov olacaq.

Oyun sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti