...

Stolüstü tennis üzrə yığma komandamızın üzvləri üçün praktik seminar təşkil olunub (FOTO)

İdman Materials 29 Yanvar 2019 12:55 (UTC +04:00)
Stolüstü tennis üzrə yığma komandamızın idmançıları və məşqçilər üçün praktik seminar keçirilib.
Stolüstü tennis üzrə yığma komandamızın üzvləri üçün praktik seminar təşkil olunub (FOTO)

Bakı. Trend:

Stolüstü tennis üzrə yığma komandamızın idmançıları və məşqçilər üçün praktik seminar keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən seminara beynəlxalq dərəcəli məşqçi Lui Yanjun rəhbərlik edib.

Seminarın ilk günündə 2006-2008-ci il və 2008 və daha kiçik təvəllüdlü idmançılar, yığma komanda üzvləri ilə praktiki məşqlər keçirilib, ən perspektivli idmançıların inkişafı istiqamətində onların məşqçilərinə fərdi məsləhətlər bildirilib.

Seminarın sonuncu günündə federasiya ilə müqaviləsi olan məşqçilərə azyaşlı idmançılarla işləmək üçün yeni məşq üsulları göstərilib.

Qeyd edək ki, hər kvartalın sonunda məşqçi Lui Yanjunun iştirakı ilə seminarın təkrar keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti