...

“EYOF Bakı 2019”un üç təkanla tullanma yarışında kiprli atlet çempion olub

İdman Materials 27 İyul 2019 13:11 (UTC +04:00)
XV Avropa Gənclər Olimpiya Festivalının oğlanlar arasında üç təkanla tullanma yarışında kiprli Qriqoris Nikolaou (15,45 m) qızıl medal qazanıb.
“EYOF Bakı 2019”un üç təkanla tullanma yarışında kiprli atlet çempion olub

Bakı. Trend:

İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalının oğlanlar arasında üç təkanla tullanma yarışında kiprli Qriqoris Nikolaou (15,45 m) qızıl medal qazanıb. Rusiya təmsilçisi Vladislav Aleksandrin (15,38 m) ikinci, fransalı Simon Qore (15,33 m) isə üçüncü pillədə qərarlaşıblar.

Trend-in məlumatına görə, yarışların sonuncu günündə qızlar arasında hündürlüyə tullanma növündə Rusiya atleti Adelina Xalikova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrə təmsilçisi Marithe Enqondo gümüş, kiprli Stiliana İoannidou (Kipr) isə bürünc medalla kifayətlənməli olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti