...

EYOF Bakı 2019: Voleybol üzrə qızların yarışında çempion müəyyənləşib

İdman Materials 27 İyul 2019 14:01 (UTC +04:00)
“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol üzrə qızların yarışında çempion müəyyənləşib.
EYOF Bakı 2019: Voleybol üzrə qızların yarışında çempion müəyyənləşib

Bakı. Trend:

“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol üzrə qızların yarışında çempion müəyyənləşib.

Trend-in məlumatına görə, qızların yarışının Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən final görüşündə Rusiya və Rumıniya milli komandaları qarşılaşıblar. Rusiyalı voleybolçular gərgin idman mübarizəsi şəraitində keçən oyunda 3:1 hesabı ilə qalib gələrək çempion olublar.

Matçın birinci setində 25:23 hesabı ilə Rumıniya millisi qalib gəlib. Bundan sonra təşəbbüsü ələ alan Rusiya yığması sonrakı hər üç seti qələbə ilə başa vurmağı bacarıb - 25:16, 25:19 və 25:17.

Bu görüşlə eyni vaxtda 7-8-ci yerlər uğrunda Azərbaycan Voleybol Mərkəzində təşkil olunan digər matçda Azərbaycanın oğlanlardan ibarət voleybolçuları Almaniya seçməsi ilə qarşılaşıb. Görüşdə 3:1 (25:22, 34:32, 26:28, 25:20) hesabı ilə qalib gələn Almaniya komandası yarışları 7-ci pillədə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti