...

"EYOF Bakı 2019": Tennis üzrə fərdi yarışlarda qalib müəyyənləşib

İdman Materials 27 İyul 2019 16:37 (UTC +04:00)
Avropa Gənclər Olimpiya Festivalında qız tennisçilərin mübarizəsi britaniyalı atletin çempionluğu ilə başa çatıb.
"EYOF Bakı 2019": Tennis üzrə fərdi yarışlarda qalib müəyyənləşib

Bakı. Trend:

Avropa Gənclər Olimpiya Festivalında qız tennisçilərin mübarizəsi britaniyalı atletin çempionluğu ilə başa çatıb.

Trend-in məlumatına görə, Böyük Britaniya təmsilçisi Matilda Mutavdziç Bakı Tennis Akademiyasında keçirilən yarışın final qarşılaşmasında rusiyalı Mariya Şoloxovanı 2:0 (6:1, 6:1) hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Bürünc medal uğrunda görüşdə isə çexiyalı Dominika Salkova fransalı Ouşen Babeli 2:1 (6:2, 0:6, 12:10) hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti