...

Britaniyalı gimnast: EYOF Bakı 2019 - əla təcrübə idi

İdman Materials 27 İyul 2019 16:12 (UTC +04:00)
EYOF Bakı 2019 - böyük bir təcrübə idi.
Britaniyalı gimnast: EYOF Bakı 2019 - əla təcrübə idi

Bakı. Cani Babayeva - Trend:

"EYOF Bakı 2019" - böyük bir təcrübə idi.

Bunu Trend-ə dayaqla tullanma üzrə idman gimnastikası yarışlarının qalibi britaniyalı gimnast Reykvon Batist deyib.

Gimnast deyib: "Bu, mənim üçün yeni təcrübə idi. Mən qazandığım təcrübədən yararlanmaq istəyirəm. Bütün idmançılara bu cür yarışlara qatılmağı məsləhət görürəm. Bu, mənim iştirak etdiyim yarışlar arasında ən çətini idi. Bütün gücümlə çalışdım ki, dünyaya nəyə qadir olduğumu nümayiş etdirim. Hər şey əladır".

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb.

Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

Səməd Məmmədli 3 növ - sərbəst hərəkətlərdə, atla hərəkətlərdə və çoxnövçülük üzrə finala çıxıb. Gimnast atla hərəkətlərdə gümüş medala sahib olub.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçirilir.

FOTO - Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti