...

Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub

İdman Materials 27 İyul 2019 17:28 (UTC +04:00)
XV Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə qarışıq komanda yarışında Türkiyə komandası finala vəsiqə qazanıb.
Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub

Bakı. Trend:

Cüdo üzrə Türkiyə millisi XV Avropa Gənclər Olimpiya Festivalının qarışıq komanda yarışının qalibi olub.

Trend-in məlumatına görə, finalda Rusiya komandası ilə mübarizə aparan Türkiyə yığması 4:0 hesabı ilə qalib gələrək festivalın qızın medalını qazanıb.

Qardaş ölkənin yığma komandası dörddəbir finalda İtaliya (4:0), yarımfinalda isə Gürcüstan (4:0) komandalarına qalib gəlib.

Bürünc medal uğrunda görüşdə isə Almaniya yığması İtaliya komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti