...

İdman gimnastikası üzrə paralel qollar və sərbəst hərəkətlərdə qaliblər mükafatlandırılıb (FOTO)

İdman Materials 27 İyul 2019 16:32 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda kişilər arasında paralel qollarda, qadınlar arasında sərbəst hərəkətlərdə qaliblərin mükafatlandırma mərasimi keçirilib.
İdman gimnastikası üzrə paralel qollar və sərbəst hərəkətlərdə qaliblər mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda kişilər arasında paralel qollarda, qadınlar arasında sərbəst hərəkətlərdə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişilər arasında paralel qollarda hərəkətlərdə birinci yeri ukraynalı İlya Kovtun tutub (14,600 bal). İkinci yerə daha bir ukraynalı Vladimir Kostyuk (14,300 bal), 3-cü yerə isə macar idmançı Kristian Balaj yiyələnib.

Qadınlar arasında sərbəst hərəkətlərdə qızıl medalı rusiyalı Viktoriya Listunova (14,066 bal) qazanıb. İkinci yerə rumıniyalı Andreiya-İoana Stankiulesku (13,633 bal), 3-cü yerə isə daha bir rumıniyalı gimnast Silviana-Mariya Sfirinqu-George (13,400) çıxıb.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb.

Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

Səməd Məmmədli 3 növ - sərbəst hərəkətlərdə, atla hərəkətlərdə və çoxnövçülük üzrə finala çıxıb. Gimnast atla hərəkətlərdə gümüş medala sahib olub.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçirilir.

FOTO: Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti