...

Tamaşaçı: Səməd Məmmədlinin gümüş medal qazanmasına çox şadam

İdman Materials 27 İyul 2019 17:04 (UTC +04:00)
Ölkədə gimnastikanın müxtəlif növləri üzrə çoxsaylı yarışların keçirilməsi uşaqların bu idman növünə marağını artırır.
Tamaşaçı: Səməd Məmmədlinin gümüş medal qazanmasına çox şadam

Bakı. Cani Babayeva - Trend:

Ölkədə gimnastikanın müxtəlif növləri üzrə çoxsaylı yarışların keçirilməsi uşaqların bu idman növünə marağını artırır.

Bunu Trend-ə "EYOF Bakı 2019" çərçivəsində keçirilən idman gimnastikası yarışlarını seyr edən tamaşaçı Viktoriya Zəkiyeva deyib.

Tamaşaçı bildirib: "Mənə elə gəlir ki, kiminsə nailiyyətinə nəzər yetirərkən, insanda daha böyük uğurlara maraq yaranır".

V.Zəkiyeva qeyd edib ki, Milli Gimnastika Arenasında idman yarışlarının təşkili çox yüksək səviyyədə baş tutur:

"Çox şadam ki, azərbaycanlı gimnast Səməd Məmmədli gümüş medal qazandı. Sizin ölkədə bu cür idmançıların olması təqdirəlayirdir. Səmədə bundan da yüksək nailiyyətlər arzulayıram".

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb.

Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

Səməd Məmmədli 3 növ - sərbəst hərəkətlərdə, atla hərəkətlərdə və çoxnövçülük üzrə finala çıxıb. Gimnast atla hərəkətlərdə gümüş medala sahib olub.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti