...

Almaniya Bundesliqasında "Köln" "Borussiya"ya məğlub olub

İdman Materials 25 Yanvar 2020 03:56 (UTC +04:00)
"Borussiya"nın 19 yaşlı futbolçusu Holand Bundesliqanın rekordsmeni adını qazanıb
Almaniya Bundesliqasında "Köln" "Borussiya"ya məğlub olub

Bakı. Trend:

Almaniya Bundesliqasında 19 tur başlayıb.

Trend-in məlumatına görə,"Borussiya" "Köln" komandasına 5-1 hesabı ilə qalib gəlib. Oyun Dortmund şəhərində keçirilib.

Qollar: "Borussiya" - Rafael Gereyro (1), Marko Roys (29), Jeydon Sanço (48) və Erlinq Holand (77, 87); "Köln" - Mark Ut (65).

Qeyd edək ki, "Borussiya"nın 19 yaşlı futbolçusu Holand ilk iki matçda 57 dəqiqədə 5 qol vuran ilk oyunçu olaraq Bundesliqanın rekordsmeni adını qazanıb.

Hazırda "Borussiya" 19 oyunda 36 xalla Almaniya Bundesliqasında üçüncü pillədə qərarlaşıb. "Köln" 19 görüşdən sonra 20 xal toplamaqla 13-cü yerdədir.

Tur yanvarın 26-a qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti