...

Qadın güləşçilərimiz Minskdə təlim-məşq toplanışına başlayır

İdman Materials 3 Mart 2020 14:08 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın qadın güləşi üzrə milli komandası martın 4-də Belarusun paytaxtı Minskdə növbəti təlim-məşq toplanışına start verəcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, komanda martın 18-dək davam edəcək toplanışda baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yerli yığma ilə birgə hazırlıq prosesi keçəcək.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplanışı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Bu səbəbdən, Minskə olimpiya çəkilərində çıxış edən güləşçilərdən ibarət heyət yollanıb. Digər yığma üzvləri məşqçi Rövşən Umudovun rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir.

Qeyd edək ki, yarışda qadınlar mübarizəyə martın 20-də start verəcək. Növbəti gün təsəlliverici və medal görüşləri keçiriləcək. Mariya Stadnik ötən il dünya çempionatında 50 kq-da lisenziya qazandığı üçün milli Budapeştdə 53, 57, 62, 68 və 76 kq-da Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti