...

"Borussiya" Almaniya çempionatının bərpa olunmasından sonra "Şalke"ni məğlub edib (FOTO)

İdman Materials 16 May 2020 20:54 (UTC +04:00)
"Borussiya" Almaniya çempionatının bərpa olunmasından sonra "Şalke"ni məğlub edib (FOTO)

Bakı. Trend:

Almaniya Futbol Çempionatının 26-cı turunda Dortmund "Borussiya"sı "Şalke"ni 4:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, tur koronavirus pandemiyasının səbəb olduğu iki aylıq fasilədən sonra ilk olub.

Liqada ilk qolun müəllifi 29-cu dəqiqədə fərqlənən norveçli "Borussiya"nın hücumçusu Erlinq Holand oldu. Həmçinin qolları Rafael Qerreyra (45, 63) və Torqan Azar (48) vurublar.

Almaniya çempionatı koronavirus pandemiyası dövründə yenidən başlayan beş aparıcı Avropa çempionatından birincisi idi, bütün matçlar tamaşaçısız və arena ərazisində 322 nəfərdən artıq olmamaq məhdudiyyəti ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti