...

"Şalke" doğma meydanda "Auqsburq"a məğlub oldu

İdman Materials 24 May 2020 21:01 (UTC +04:00)
"Şalke" doğma meydanda "Auqsburq"a məğlub oldu

Bakı. Trend:

Futbol üzrə Almaniya çempionatının 27-ci turunda "Şalke" "Auqsburq"u qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Eduard Löven (6-cı dəqiqə), Noa-Joel Sarenren-Baze (76-cı dəqiqə) və Serxio Kordova (90-cı dəqiqə) vurublar.

Qeyd edək ki, digər oyunlarda olduğu kimi "Şalke" - "Auqsburq" matçında da koronavirusdan ölənlər bir dəqiqəlik sükutla yad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti