...

"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu

İdman Materials 14 May 2021 01:33 (UTC +04:00)
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu

Bakı. Trend:

"Borussiya Dortmund" komandası Almaniyanın futbol üzrə Kubokunun final matçında "Leyptsiq"i məğlub edib.

Trend-in məlumatına görə, oyun 4:1 hesabı ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Ceyson Sanço (5-ci, 45-ci dəqiqələr) və Erlinq Holand (28,87) fərqləniblər. Məğlub olanların heyətində Dani Olmo (72) fərqlənib.

Beləliklə, "Borussiya" beşinci dəfə Almaniya Kubokunu qazandı və "Şalke" ilə "Ayntraxt" klublarla bu göstəriciyə görə bərabərləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti