...

V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennisçilərimiz mübarizəyə başlayıblar (FOTO)

İdman Materials 7 Avqust 2022 13:45 (UTC +04:00)
V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennisçilərimiz mübarizəyə başlayıblar (FOTO)

Bakı. Trend:

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib.

Trend xəbər verir ki, yarışda Azərbaycanı milli komandamızın üzvləri Ləman Əbdülhəmidova, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Emin Məmmədov, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Nəzakət Qarayeva təmsil edirlər. Kişilərin şəxsi yarışında Azərbaycan idmançısı Emin Məmmədov Qazaxıstan təmsilçisi Akimali Bakdauletə 3:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 11-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti