...

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə uğurla çıxış edirlər

İdman Materials 24 Sentyabr 2022 18:21 (UTC +04:00)
Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə uğurla çıxış edirlər

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turniri davam edir.

Trend xəbər verir ki, bu gün 11 yaşadək tennisçilərin yarışında qüvvəsini sınayan Yağmur Məmmədlinin startı uğurlu alınıb. Keçirdiyi iki qarşılaşmadan qalib ayrılan tennisçi sabah mükafatlar uğrunda görüşlərdə etimadı doğrultmağa çalışacaq.

Bu gün 15 yaşadək idmançıların turnirinə qatılan Mərziyyə Nurmətova da qrup mərhələsini inamla adlayaraq onaltıdabir finala vəsiqə qazanıb. O, sentyabrın 25-də mübarizəni davam etdirəcək.

Qeyd edək ki, yarışda 18 ölkənin idmançıları bacarıqlarını göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti