...

"Real" ingilis futbolçunu 120 milyon avroya almağa hazırlaşır

İdman Materials 6 Yanvar 2023 06:58 (UTC +04:00)
"Real" ingilis futbolçunu 120 milyon avroya almağa hazırlaşır

Bakı. Trend:

Madrid "Real"ı Dortmund "Borussiya"sının və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingemi transfer etməkdə maraqlıdır.

Trend xəbər verir ki, bu barədə cümə axşamı "Marca" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispanlar yarımmüdafiəçi üçün 120 milyon avrodan çox ödəməyə hazırdır. Madrid klubu yanvarda danışıqların əhəmiyyətli dərəcədə irəliləyəcəyinə əmindir.

Qeyd edək ki, 19 yaşlı C.Bellingem 2020-ci ildən "Borussiya"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti