...

Stolüstü tennisçilərimiz dünya reytinqinə başçılıq edirlər

İdman Materials 6 Aprel 2023 02:17 (UTC +04:00)
Stolüstü tennisçilərimiz dünya reytinqinə başçılıq edirlər

Bakı. Trend:

Stolüstü tennisçilərimiz Yağmur Məmmədli ilə Onur Quluzadə 13 yaşadək idmançılar arasında qarışıq – qoşa növdə dünya birincisidirlər.

Trend Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının açıqladığı yeni siyahıya 30 xalla Azərbaycan idmançıları başçılıq edirlər. Onlar ən yaxın izləyiciləri olan Sinqapur təmsilçilərini 5 xal qabaqlayırlar. İlk üçlüyü 21 xalla Livan idmançıları qapayırlar.

Qeyd edək ki, reytinq siyahısı idmançıların yarışlardakı nəticələrinə əsasən tərtib olunur. Yağmur Məmmədli ilə Onur Quluzadə son olaraq martda Antalyada keçirilən "WTT Youth Contender" yarışının qarışıq-qoşa turnirində bürünc mükafata layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti