...

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı

İdman Materials 3 Avqust 2023 17:11 (UTC +04:00)
Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı

Bakı. Trend:

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Trend xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti