...

Boksçularımız Beynəlxalq festivalda finala yüksəldi (FOTO)

İdman Materials 23 Avqust 2023 19:09 (UTC +04:00)
Boksçularımız Beynəlxalq festivalda finala yüksəldi (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan boksçuları növbəti dəfə qələbə qazanıblar.

Trend xəbər verir ki, yarımfinalda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Marjona Savriyeva rusiyalı döyüşçü Mariya Kuzmetova ilə mübarizədən qələbə ilə ayrılıb və finala yüksəlib.

Daha sonra rinqə çıxan boksçumuz Zeynəb Rəhimova (54 kq) Rusiya təmsilçisi Valeriya Linkovaya məğlub olub. Bununla da o, bürünc medala sahib olub.

Azərbaycan təmsilçisi Nicat Hüseynov (54 kq) Qazaxıstan boksçusu ilə yarımfinalda qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən döyüşdən həmyerlimiz zəfərlə ayrılıb və finala yüksəlib.

Növbəti döyüşdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərhad Şeydayev rusiyalı Daniel Zyryanov ilə qarşılaşmada rəqibinə nokautla qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın, olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti