...

Güləşçimiz qızıl medal qazandı (FOTO)

İdman Materials 24 Avqust 2023 17:52 (UTC +04:00)
Güləşçimiz qızıl medal qazandı (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Beynəlxalq Universitet İdman Festivalında güləşçimiz qızıl medal qazanıb. Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

Trend xəbər verir ki, qadın güləşində Azərbaycan idmançısı Gültəkin Şirinova (53 kq) rəqibi rus Aleksandra Karamzinanı 9:5 hesabı ilə məğlub edərək festivalda Azərbaycana ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın, olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti