...

Ölkəmə ilk qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm - Gültəkin Şirinova

İdman Materials 24 Avqust 2023 20:26 (UTC +04:00)
Ölkəmə ilk qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm - Gültəkin Şirinova
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinq. Trend:

Ölkəmə ilk qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm. Birinciliyi əldə etmək üçün çox çalışdım və nəhayət hədəfimə çatdım.

Trend xəbər verir ki, bunu müsahibəsində Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında qızıl medal qazanan qadın güləşçi Gültəkin Şirinova deyib.

İdamançı qeyd edib ki, ağır məşqlər nəhayət ki öz bəhrəsini verdi:

"Bir çox yarışlarda iştirak etmişəm, lakin bu atmosfer tamam fərqli idi. Düzdür, rəqiblərim çox güclü idi, amma buna baxmayaraq, birincilik mənə məxsus oldu. Mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Qalibiyyətimi məni bu yarışa hazırlayan əziz məşqçim Mehman Allahverdiyevə həsr edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti