...

Nailiyyətlərimi davam etmək üçün daim çalışacam - boksçumuz Nicat Hüseynov (FOTO)

İdman Materials 24 Avqust 2023 21:20 (UTC +04:00)
Nailiyyətlərimi davam etmək üçün daim çalışacam - boksçumuz Nicat Hüseynov (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Qızıl medal qazandığım üçün çox sevinirəm. Nailiyyətlərimi davam etmək üçün daim çalışacam.

Trend xəbər verir ki, bunu Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında qızıl medal qazanan boksçu Nicat Hüseynov deyib.

O qeyd edib ki, ağır məşqlər nəhayət ki öz bəhrəsini verdi: "Bu yarışa çox hazırlaşırdım. Gərgin məşqlər öz bəhrəsini verdi. Finalda rəqibimə ilk raundda məğlub olurdum lakin sonrakı raundlarda vəziyyəti öz xeyrimə dəyişdim. Bakıda keçiriləcək Avropa çempionatında da uğur qazanacağıma inanıram. Bütün idmançılarımıza nailiyyət arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti