...

Stolüstü tennis yarışında Azərbaycan komandası növbəti qələbəsini qazandı (FOTO)

İdman Materials 25 Avqust 2023 20:16 (UTC +04:00)
Stolüstü tennis yarışında Azərbaycan komandası növbəti qələbəsini qazandı (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında stolüstü tennis yarışında ölkəmizi təmsil edən komandamız növbəti qələbəsini qazanıb.

Trend xəbər verir ki, təmsilçilərimiz Əbdülhəmidova Ləman və Əbilzadə Xədicə (qoşa yarış) rəqib komandadan olan Robert Glory ilə Obiana Glorianın iştirak etdiyi Nigeriyanı 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın, olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti