...

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat aldı

İdman Materials 24 Oktyabr 2023 10:04 (UTC +04:00)
Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat aldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turundakı “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasına türkiyəli ədalət təmsilçiləri də təyinat alıblar.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun VAR hakimləri Alper Ulusoy və Abdulkadir Bitigen olacaq.

Ağayevə laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti