...

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 8 mükafat qazanıblar

İdman Materials 30 Oktyabr 2023 04:06 (UTC +04:00)
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 8 mükafat qazanıblar
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirini 8 mükafatla başa vurublar.

Trend-in məlumatına görə, yarışın son günündə Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə 19 yaşadək idmançılar arasında bürünc mükafat qazanıblar.

Rüstəm Hacılı isə təsəlliverici görüşlərdə turnirin xüsusi kubokuna layiq görülüb.

Qeyd edək ki, turnirin ilk günlərində keçirilən digər yaş qrupları üzrə yarışlarda Aylin Əsgərova qızıl, Adil Əhmədzadə və Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc medala sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti