Bakı. Trend:
Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək idmançıların podium məşqləri keçirilir.
Trend xəbər verir ki, idman gimnastikası üzrə Dünya Kuboku 7-10 mart tarixləri ərzində keçiriləcək.
Yarışlarda dünyanın 67 ölkəsindən nümayəndələr iştirak edəcək.
Kişi idman gimnastikası üzrə yarışlarda Azərbaycanı Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev, qadın idman gimnastikası üzrə yarışlarda isə Nazənin Teymurova təmsil edəcək.
Trend məşqlərdən fotoreportajı oxucuların diqqətinə çatdırır.
(Tərcümə: Rəna Əbdürəhmanova, Foto: Zaur Mustafayev)
