...

Nuri Şahin “Borussiya”nın baş məşqçisi təyin olunub

İdman Materials 15 İyun 2024 03:43 (UTC +04:00)
Nuri Şahin “Borussiya”nın baş məşqçisi təyin olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nuri Şahin "Borussiya"nın baş məşqçisi təyin olunub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Dortmund klubu bu barədə məlumat yayıb.

35 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Nuri Şahin bu vəzifədə dünən istefa verən Edin Terziçi əvəzləyib. O, yanvar ayından Dortmund "Borussiya"sında köməkçi-məşqçi vəzifəsini tutub.

Qeyd edək ki, Nuri 2021-ci ilin oktyabrından 2023-cü ilin sonunadək "Antalyaspor"da baş məşqçi vəzifəsini yerinə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti