...

SOCAR “Ümid-Babək” və “Qarabağ” yataqlarında işlərin aparılması üçün nəzərdə tutulmuş vəsaitlərin üçdə bir hissəsini alıb

İqtisadiyyat Materials 19 Sentyabr 2018 12:09 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Ümid-Babək” və “Qarabağ” yataqlarında işlərin aparılması ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün nəzərdə tutulmuş vəsaitlərin üçdə bir hissəsini alıb
SOCAR “Ümid-Babək” və “Qarabağ” yataqlarında işlərin aparılması üçün nəzərdə tutulmuş vəsaitlərin üçdə bir hissəsini alıb

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Ümid-Babək” və “Qarabağ” yataqlarında işlərin aparılması ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün nəzərdə tutulmuş vəsaitlərin üçdə bir hissəsini alıb.

Trend-in məlumatına görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

O bildirib ki, SOCAR bu əməliyyatlar üçün artıq 221 milyon manat vəsait əldə edib.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində SOCAR-a “Ümid-Babək” və “Qarabağ” yataqlarında işlərin aparılması üçün 663 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti