...

Sığorta şirkətlərinin məsuliyyəti artırılmalıdır - Ekspert

İqtisadiyyat Materials 20 Avqust 2020 19:56 (UTC +04:00)
Ölkədə icbari tibbi sığorta tətbiq edilsə də bəzi sahibkarlar mülkiyyətində və istifadəsində olan obyektlərin sığorta etdirmək istəmir.
Sığorta şirkətlərinin məsuliyyəti artırılmalıdır - Ekspert

Bakı. Samir Əli - Trend:

Ölkədə daşınmaz əmlakın icbari sığortası tətbiq edilsə də bəzi sahibkarlar mülkiyyətində və istifadəsində olan obyektləri sığorta etdirmək istəmir. Bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir. Sığorta edilməyən obyektlərdə yanğın və digər hadisələr baş verərkən həmin sahibkarlara dəymiş ziyan qarşılanmır. Bəzi sahibkarlar isə bildirirlər ki, tez-tez yanğın baş verən obyektlərin sığortalanması üçün sığorta şirkətlərinə müraciət etsələr də, həmin şirkətlər onların obyektlərini risk qrupuna aid edir və sığortalamaqdan imtina edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, ölkədə neçə illərdir daşınmaz əmlakın icbari sığortası tətbiq edilsə də, sığorta bazarı tamamlanmayıb: "Bu istiqamətdə hələ böyük boşluqlar var. İlk növbədə sığorta şirkətləri və bazarda fəaliyyət göstərən sığorta müəssisələri faktiki olaraq bir çox hallarda əlavə quruma çevrilərək vəsaitlərin özlərinə çəkilməsi və mənfəətlərinin şişirdilməsi ilə məşğuldur. Buna görə də bu sahədə görüləcək işlər çoxdur. Sahibkarların da bu sahədə iradları anlaşılandır. Bugünkü şəraitdə biz görürük ki, sahibkarların mənfəətləri kəskin şəkildə azalır. Belə olan halda sığorta müəssisələri azalan mənfəəti kompensasiya etmir. Sonda ciddi problemlər yarananda, istər biznes subyektləri olsun, istərsə də fiziki şəxslərə dövlət dəstək verir. Yəni bu prosesdə sığorta şirkətləri əslində həm dövlət, həm də əhalinin yükünün azaldılması üçün fəaliyyət göstərməli, ziyanı kompensasiya etməlidir, amma bu prosesdə əksinədir. Görünən odur ki, faktiki olaraq bir çox hallarda sığorta şirkətləri bu prosesdə vasitəçilik missiyası daşıyır. Ona görə də hesab edirəm ki bu problemi aradan qaldırmaq üçün qanunvericilikdə dəyişiklik olmalıdır, sığorta şirkətlərinin məsuliyyəti artırılmalı və sığorta bazarına dövlət nəzarəti gücləndirilməlidir. Bununla bağlı təxirəsalınmaz tədbirlər görülməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti