...

Azərbaycan və Özbəkistanın işgüzar dairələri əməkdaşlıq sahələrini genişləndirirlər

İqtisadiyyat Materials 10 Dekabr 2021 23:33 (UTC +04:00)
Azərbaycan və Özbəkistanın işgüzar dairələri əməkdaşlıq sahələrini genişləndirirlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistanın işgüzar dairələri birgə əməkdaşlıq sahələrini getdikcə genişləndirirlər.

Trend xəbər verir ki, bu Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 2-ci iclasında bildirilib.

Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Özbəkistan-Azərbaycan İşgüzar Şurasının həmsədri Məmməd Musayev, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri, Şuranın Özbəkistan tərəfdən həmsədri Adham İkramov, həmçinin iki ölkənin məsul nazirlikləri, qurumları və işgüzar dairələrinin nümayəndələri iştirak edib.

Tədbir zamanı iki ölkənin biznes nümayəndələri müxtəlif sahələrdə investisiya əməkdaşlığı və infrastruktur layihələri məsələlərini ətraflı müzakirə ediblər. İxtisaslaşmış təşkilatların nümayəndələri Özbəkistan və Azərbaycanın müxtəlif sahələrində investisiya potensialı və mövcud əməkdaşlıq imkanlarını təqdim ediblər.

Təqdimatlar zamanı açıq dialoqlar aparılıb, bir sıra məsələlər öz həllini tapıb, layihələrin icrası ilə bağlı şifahi razılıqlar əldə olunub.

Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə 178 müəssisə fəaliyyət göstərir ki, onlardan 63-ü müştərək müəssisə və 115-i 100 faiz xarici kapitalla fəaliyyət göstərir. 2021-ci ilin yanvar-sentyabr ayları ölkələrimiz arasında ticarət dövriyyəsi 73 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti