...

Bakıda il ərzində ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 4 Fevral 2022 19:18 (UTC +04:00)
Bakıda il ərzində ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-dekabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 4,2 faiz artaraq 25 milyard 648,9 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 13 milyard 388,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 12 milyard 260,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti