...

Mərakeş Dünya Bankı və BVF-nin illik assambleyalarına ev sahibliyi etməyə hazırdır

İqtisadiyyat Materials 1 Aprel 2022 05:38 (UTC +04:00)
Mərakeş Dünya Bankı və BVF-nin illik assambleyalarına ev sahibliyi etməyə hazırdır

Bakı. Trend:

Mərakeş Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) illik assambleyalarına ev sahibliyi etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Dubayda Krallığının iqtisadiyyat, maliyyə və inzibati islahatlar naziri Nadiya Fəttah Əlyavi bildirib.

O, BVF-nin icraçı direktoru Kristalina Georgiyeva ilə görüşüb. Tərəflər 2023-cü ilin oktyabrında Mərakeş şəhərində keçiriləcək DB-BVF Assambleyasının təşkilini müzakirə ediblər.

Bu tədbir 2020-ci ilin noyabrında baş verməli idi, lakin koronavirus səbəbindən təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti