...

Daşınmaz əmlakın icbari sığortasının rəqəmsallaşdırılması üzrə iş aparılır - Mərkəzi Bank

İqtisadiyyat Materials 28 Oktyabr 2022 12:55 (UTC +04:00)
Daşınmaz əmlakın icbari sığortasının rəqəmsallaşdırılması üzrə iş aparılır - Mərkəzi Bank
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı daşınmaz əmlakın icbari sığortası proseslərinin rəqəmsallaşdırılması üzrə işlər aparır.

Bunu oktyabrın 28-də Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Trend-in sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, AMB-yə daşınmaz əmlakın sığortası proseslərinə və bazarına nəzarət etməyə imkan verəcək.

"Rəqəmsallaşma vətəndaşlara elektron sığortanı rəsmiləşdirməyə imkan verəcək. Müvafiq bazanın yaradılması və sığorta bürolarının sistemləri ilə inteqrasiyası üzrə işlər aparılır. Rayonlar üzrə də müvafiq tapşırıqlar verilib. Biz həm də icbari sığortanın stimullaşdırılması və əhalinin məlumatlandırılmasını vacib hesab edirik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti