Bakı. Trend:
Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankında (DB) Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə T.Kazımov tvitterdə yazıb.
Görüş zamanı Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.
"Görüşdə DB-də ölkəmizin maraqlarının və mövqeyinin müdafiə olunması, dəstəklənməsi istiqamətində Seçki Qrupunun gördüyü işlər barədə danışdıq.
Görüşdə həmçinin DB-nin növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyanın hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq", - deyə T.Kazımov yazıb.