...

Sumqayıtda keramik lövhələr istehsal edən yeni müəssisənin məhsulları bu ölkələrə göndəriləcək (FOTO)

İqtisadiyyat Materials 24 Oktyabr 2023 13:52 (UTC +04:00)
Sumqayıtda keramik lövhələr istehsal edən yeni müəssisənin məhsulları bu ölkələrə göndəriləcək (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Sumqayıt. Trend:

Sumqayıtda keramik lövhələr istehsal edən "Azərbaycan Vanhong Ceramics Co" MMC-nin məhsulları Rusiya, Qazaxıstan, Özbəkistan və Gürcüstana ixrac olunacaq.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə MMC-nin baş direktoru Vanq Ji Yi jurnalistlərə deyib.

"Azərbaycan Vanhong Ceramics Co" MMC-nin ümumi investisiya dəyəri 85 milyon manatdan çoxdur. Müəssisə 20 hektar sahədə tikilib. İstehsal olunan keramik lövhələrin 20 faizi bir sıra MDB ölkələrinə ixrac olunacaq.

Müəssisədə 484 nəfər (400-2 Azərbaycan vətəndaşıdır) daimi iş yeri ilə təmin olunub. Başlanğıc mərhələdə 60Х60 və 60Х120 ölçüdə, növbəti mərhələdə isə 70Х150, 80Х160 ölçüdə və bu ardıcıllıqla keramik lövhə məhsullarının buraxılması planlaşdırılır. Keramik lövhə istehsal edən zavodumuzun digər müəssisələrdən fərqi ondadır ki, bizim zavodda eyni vaxtda 60Х60 və 60Х120 ölçüdə keramik lövhələr istehsal etmək mümkündür", - deyə o əlavə edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazda ən böyük sənaye parkıdır.

Sənaye Parkının 583,5 hektar ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Ümumi investisiyalarının həcmi 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyekti parkda 38 rezident statusu alıb. Bugünədək rezidentlər sənaye parkına 5,4 milyard manatdan çox investisiya qoyub. Qeydiyyatdan keçmiş 38 rezidentdən 20-si artıq fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti