Bakı. Trend:
2025-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 1,139 milyard manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 127,6 milyon manat və ya 12,6% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 160,8 milyon manat və yaxud 26,2% artaraq 773,8 milyon manata çatıb.
Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 67,9 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım deməkdir.
