Azərbaycan,Bakı/ Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0, 8459 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi dekabrın 17-də (1 ABŞ dolları üçün 0,8460 manat), minimum isə, dekabrın 19-da (1 ABŞ dollarına 0,8458 manat) müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
10dekabr | 0,8464 | 17dekabr | 0,8460 |
11dekabr | 0,8463 | 18dekabr | 0,8459 |
12dekabr | 0,8463 | 19dekabr | 0,8458 |
13dekabr | 0,8462 | 20dekabr | - |
14dekabr | 0,8461 | 21dekabr | - |
Həftə ərzində orta | 0,84626 | Həftə ərzində orta | 0,8459 |
Ötən həftənin yekununa əsasən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,8447 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi dekabrın 19-da(1 ABŞ dollarına 0,8448 manat), minimum isə dekabrın 17-də (1 ABŞ dollarına 0,8446 manat) müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 17-də - 0,8446 AZN/USD məzənnəsi ilə $2,54 mln. dekabrın 18-də - 0,8447 AZN/USD məzənnəsi ilə $8,318 mln., dekabrın 19-da - 0,8448 AZN/USD məzənnəsi ilə $3,55 mln., bayramlarla əlaqədar olaraq, dekabrın 20-21-də əqdlər həyata keçirilməyib.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
10dekabr | 0,8464 | 17dekabr | 0,8460 |
11dekabr | 0,8463 | 18dekabr | 0,8459 |
12dekabr | 0,8463 | 19dekabr | 0,8458 |
13dekabr | 0,8462 | 20dekabr | - |
14dekabr | 0,8461 | 21dekabr | - |
Həftə ərzində orta | 0,84626 | Həftə ərzində orta | 0,8459 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
10dekabr | 0,8454 | 17dekabr | 0,8446 |
11dekabr | 0,8448 | 18dekabr | 0,8447 |
12dekabr | 0,8446 | 19dekabr | 0,8448 |
13dekabr | 0,8444 | 20dekabr | - |
14dekabr | 0,8443 | 21dekabr | - |
Həftə ərzində orta | 0,8447 | Həftə ərzində orta | 0,8447 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. Bu dövrdə özəlləşdirmə çeklərinin qiyməti 15 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin müddəti 1 yanvar 2010-cu ildə bitir.