...

İstehlakçı Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakıda saxta sement satışını aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2009 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend /

"İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçı Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakıda saxta sementin satılması faktını aşkarlayıb", - nazirliyin məlumatında deyilir.

"Bakı şəhərində dəniz limanı ərazisində yerləşən sement satışı obyektində fiziki şəxs Möhübbət Məmmədova məxsus ümumi çəkisi 462,3 ton olan 9245 kisə mənşəyi məlum olmayan sement aşkar olunub", - məlumatda bildirilir.

Aşkar edilmiş mənşəyi bəlli olmayan sement dövriyyədən çıxarılıb və keyfiyyətinin yoxlanılması üçün laborator müayinəyə təqdim edilib.

Ümumsilikdə isə, Dövlət Xidməti tərəfindən aprel-may aylarında keçirilən nəzarət tədbirləri nəticəsində 500 tona yaxın saxta, mənşəyi məlum olmayan sement aşkarlanaraq satışdan çıxarılıb. Monitorinqlər davam edir.

Xəbər lenti

Xəbər lenti