Azərbaycan, Bakı, 21 may / Trend , müxbir İ.Xəlilova /
"Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə 2009-cu ilin may ayının 25-dən etibarən uçot dərəcəsi 3%-Вən 2%-ə, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 7%-ə endirilib", - cümə axşamı AMB-nin yaydığı press-relizdə məlumat verilib.
"Ölkədə deflyasiya proseslərinin getdiyini nəzərə alaraq iqtisadi fəallığın qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək üçün Mərkəzi Bank 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq pul siyasətinin yumşaldılmasını davam etdirir", - AMB-dən deyilib.
Ötən ildə və 2009-cu ilin əvvəlində həyata keçirilən analoji tədbirlər inflyasiya proqnozlarını aşağı salmaq, böhranın bank sektoruna güclü təsirinin qarşısını almaq imkanı verdi.
Ötən ildə AMB-nin uçot dərəcəsi 15 faizdən 8-ə, bu ilin əvvəlində isə iki mərhələdə 8-dən 3-ə endirilib.
Bu gün bütün dünyanın mərkəzi bankları sinxron şəkildə uçot dərəcəsini aşağı salır, çünki iqtisadiyyat ucuz pullara ehtiyac duyur.
"Maliyyə institutlarının öz durumunu sabitləşdirmək üçün ucuz resurslara ehtiyacı olduğu kimi, iqtisadiyyat da 2009-cu ildə ucuz vəsaitlərə ehtiyac duyacaq", - AMB-nin baş direktoru v.i.e Xaqani Abdullayev deyib.
Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının rəhbəri, BVF-in Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin direktor müavini Valeriya Fikeranın fikrincə, Azərbaycandakı pul-kredit siyasəti dünya maliyyə böhranına qarşı durmaq və ölkənin bank sisteminə dəstək vermək üçün yetərincə düzgündür.
"AMB-nin hazırkı siyasəti düngündür və o, bankların əlavə resurslara çıxışını təmin etməklə likvidlik problemini arxada qoymaq imkanı verib. Baxmayaraq ki, bu zaman dünya bazarlarında likvidlik azlığı müşahidə olunurdu", - missiya başçısı dekabrda Bakıya səfəri zamanı deyib.
Dünya böhranı başlayan kimi AMB məcburi ehtiyat normasını və faiz dərəcəsini aşağı salıb ki, bu da, BVF missiyasının fikrincə, çox düzgün addımdır. Əks halda Azərbaycan iqtisadiyyatı qaçılmaz psixoloji təsirdən zərər çəkə bilərdi.
BVF hesab edir ki, regionun digər ölkələrindən fərqli olaraq Azərbaycan əhalinin kapitalının bank sektorundan böyükmiqyaslı geri axını problemi ilə üzləşməyib. Ancaq AMB bank sistemini əlavə likvidliklə təmin etmək üçün durumu nəzarətdə saxlamaqda davam etməlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]