...

Azərbaycanda iyunda deflyasiya prosesi davam edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2009 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir N.İsmayılova /

İstehlak mallarının qiymətləri və xidmət tarifləri iyunda 2009-cu ilin mayı ilə müqayisədə 0,6 faiz düşüb. İlk yarım il ərzində isə keçən ilin yanvar-iyun aylarına müvafiq olaraq 3,7 faiz bahalaşıb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.     

Ərzaq məhsullarının qiyməti iyunda 1,1 faiz ucuzlaşıb. Qeyri-ərzaq məhsullarının qiyməti isə əvvəlki səviyyədə qalıb. Xidmət tarifləri 0,2 faiz bahalaşıb.

2008-ci ilin ilk altı ayı ilə müqayisədə ərzaq məhsullarının qiyməti 2,1, qeyri-ərzaq məhsullarının qiyməti 5,8, xidmət sahəsində tariflər isə 5,4 faiz qyüksəlib.  

İyunda məhsul və xidmət çıxılmalarına hesablanan, mövsümi dəyişikliyə məruz qalan (meyvə və tərəvəz) istehlak qiymətlərinin bazis indeksi keçən aykı səviyyədə - 99,4 faiz - qalıb. İlk yarım il ərzində isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 104,9 faiz saxlanılıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti