...

Şahin Mustafayev: Azərbaycan və Özbəkistan əmtəə dövriyyəsində əhəmiyyətli artım potensialına malikdirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 12:32 (UTC +04:00)
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artım templəri yüksəlməlidir. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan- Özbəkistan biznes forumunda çıxışı zamanı bildirib.
Şahin Mustafayev: Azərbaycan və Özbəkistan əmtəə dövriyyəsində əhəmiyyətli artım potensialına malikdirlər

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artım templəri yüksəlməlidir. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Özbəkistan biznes forumunda çıxışı zamanı bildirib.

"Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsinin həcmi 2011-ci ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb. Buna baxmayaraq, tərəflər gələcəkdə ticarət dövriyyəsinin böyük templərlə artması üçün böyük potensialın olduğunu qeyd edirlər. Bugünkü rəqəmlər iki ölkənin iqtisadiyyatlarının potensialını əks etdirmir. İqtisadi əlaqələrin səviyyəsi siyasi əlaqələrin səviyyəsinə çatdırılmalıdır", - Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında təkmil qanunvericilik bazası yaradılıb və bu sahədə indiyədək 100-ə yaxın sənəd imzalanıb.

"Xüsusilə, təşviq və qarşılıqlı investisiyaların müdafiəsi, ikiqat vergiqoymadan yayınma kimi sazişləri qeyd etmək istərdim. İki ölkə arasında azad ticarət rejimi fəaliyyət göstərir. Azərbaycan şirkətləri Özbəkistanda ticarət, tikinti, kimya sənayesi, kənd təsərrüfatı sahələrində uğurla fəaliyyət göstərirlər", - Mustafayev deyib.

Özbəkistan sahibkarlarından ibarət nümayəndə heyətinə başçılıq edən bu ölkənin baş nazirinin müavini Uluqbek Rozukulovun sözlərinə görə, Azərbaycanla əlaqələr qarşılıqlı etimad və etibarlı tərəfdaşlıq əsasında inkişaf edir.

"Özbəkistan tərəfi Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu səfərdə və görüşdə məqsəd iki ölkənin təsərrüfat subyektləri arasında əlaqələrin möhkəmləndirilməsidir. Ümid edirik ki, azərbaycanlı və özbək sahibkarlar qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini müəyyən edəcək və konkret layihələrlə bağlı razılığa gələcəklər", - Rozukulov bildirib.

Tədbirdə Özbəkistanın kənd təsərrüfatı və qida sənayesi, ağır sənaye, tekstil, tikinti materialları və kənd təsərrüfatı texnikasının istehsalı və digər sektorları təmsil edən iş adamları iştirak ediblər.

2011-ci ilin yekunları üzrə Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 72,44 milyon dollar təşkil edib ki, burada idxalın payına 50,5 milyon dollar düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti