...

ARDDA-nın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının sessiyasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2012 14:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 91-ci Sessiyasında iştirak edəcək.
ARDDA-nın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının sessiyasında iştirak edəcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 91-ci Sessiyasında iştirak edəcək.

Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ARDDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 26-30 noyabr 2012-ci il tarixlərində keçiriləcək 91-ci Sessiyasında iştirak etmək məqsədi ilə London şəhərinə xidməti səfərə yola düşüb.

"Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın tələbləri, "Yük nişanı haqqında Beynəlxalq Konvensiya"nın, "Yanğın təhlükəsizliyi sistemləri üzrə Beynəlxalq Məcəllə"yə, "Təhlükəli kimyəvi maddələri qalama üsulu ilə daşıyan gəmilərin inşası və təminatı üzrə Beynəlxalq Məcəllə"yə, bütün növ gəmilərdə ballast tankları üçün qoruyucu örtük keyfiyyəti standartlarına və xam neft tankerlərinin neft çənləri üçün qoruyucu örtük keyfiyyəti standartlarına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər üzrə müzakirələrin aparılması Sessiyanın gündəmində duran əsas məsələlərdir.

Eyni zamanda, Komitənin iclasında dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, Dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlərlə əlaqədar ümumi müzakirələr aparılacaq.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qeyd olunan tədbirdə bir neçə dövlətlərin dəniz administasiyası rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti