...

DSNX: Azərbaycanda nəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 50 faizə yaxınlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 12:34 (UTC +04:00)
Azərbaycanda avtomobil nəqliyyatı vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 50 faizə yaxınlaşır.
DSNX: Azərbaycanda nəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 50 faizə yaxınlaşır

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir A.Axundov /

Azərbaycanda avtomobil nəqliyyatı vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 50 faizə yaxınlaşır.
Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda Sığorta agentlərinin I Milli Forumunda çıxışı zamanı Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev bildirib.

"Məlumatlara görə, 2012-ci ilin doqquz ay ərzində, bu icbari sığorta üzrə zərərlilik 46,82 faiz təşkil edib. Sığorta şirkətləri tərəfindən sığorta agentlərinə komissiyaların ödənmə səviyyəsinin 20-25 və hətta 30 faiz olması zərərliliyin artmasının əsas səbəbidir. Halbuki qanunvericiliyə uyğun olaraq bu növ üzrə komissiya ödəmələri 15 faizi ötməməlidir. Agentlərin cəlb edilməsi əhəmiyyətlidir, ancaq bu, qanunvericilik tələbləri əsasında aparılmalıdır. Avtomobil nəqliyyatı vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortasının tətbiqi zamanı biz bu məsələni müzakirə etmişdik və onlara bu barədə xəbərdarlıq etdik ki, səviyyənin 15 faizdən çox olması lazımi sığorta ehtiyatlarının yığımı ilə bağlı problemlər yarada bilər. Çünki ölkədə maşınların sayı artır, müvafiq olaraq yol-nəqliyyat hadisələrinin sayı da çoxalır", - Abdullayev deyib.

Avtomobil nəqliyyatı vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə yanvar-oktyabrda 62,5 milyon manat yığılıb ki, bu da 2011-ci ilin analoji dövrü üzrə göstəricini 16,23 dəfə ötür.

"Bu icbari sığortanın tətbiqindən (yeni qanun üzrə) dərhal sonra sığorta agentləri vasitəsilə sığorta şirkətləri polislərin alıcılarına yanğınsöndürənlər, avtomobillər üçün ətirlər, yanacaq, 5-10 faizlik endirimlər və s. təklif edərək müxtəlif kampaniyalara təşəbbüs etdilər. DSNX sığorta şirkətlərinə yazılı xəbərdarlıqlar göndərdi, Dövlət Xidmətinin əməkdaşları regionlarda reydlər keçirirlər. Belə faktların əksəriyyətinin qarşısının alınmasına baxmayaraq, bizə hələ də belə hadisələr haqqında informasiya daxil olur", - Abdullayev bildirib.

Onun sözlərinə görə, avtomobil nəqliyyatı vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə lisenziyalara malik olmayan şəxslərin polislərin satışına cəlb edilməsi başqa problemdir.

"Bazarda qanunvericilikdə yer almayan "subagentlər" termini meydana çıxdı. Biznesin artması üçün sığorta agentləri dostları, tanışları və qohumları cəlb edirlər ki, bu da sığortaçıların hüquqlarını pozur", - Abdullayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti