...

Azərbaycanda 150 min daşınmaz əmlak obyekti icbari qaydada sığortalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2013 13:54 (UTC +04:00)
İcbari Sığorta Bürosuna üzv sığorta şirkətləri tərəfindən "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə 2012-ci il ərzində 149 101 sığorta predmeti sığortalanıb.
Azərbaycanda 150 min daşınmaz əmlak obyekti icbari qaydada sığortalanıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir A. Axundov/

İcbari Sığorta Bürosuna üzv sığorta şirkətləri tərəfindən "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə 2012-ci il ərzində 149 101 sığorta predmeti sığortalanıb.

Trend-in çərşənbə günü Dövlət Sığorta Nəzarəti Xidmətinin saytına istinadən verdiyi məlumaat görə, bunlardan 4 020-si hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 27 887-si fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 117 194-ü yaşayış evləri və mənzillər olub.

Bu sığorta növü üzrə ümumilikdə 11 379 230,85 manat sığorta mükafatı toplanıb. Bundan 4 237 598,48 manatı hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 2 676 317,35 manatı fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 4 465 315,02 manatı yaşayış evləri və mənzillərin sığortalanmasından toplanıb.

Göstərilən sığorta növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı 910 280,60 manat sığorta ödənişi verilib. Bundan 114 648,80 manatı hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 169 875,40 manatı fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 625 756,40 manatı yaşayış evləri və mənzillərə dəyən zərərə görə ödənilib.

Daşınmaz əmlakın icbari sığortası növü 2012-ci ildə sığorta yığımı üzrə icbari sığorta bazarının 8,91%-ni, ümumi sığorta bazarının isə 3,42%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti