...

İllik vergi bəyannamələrinin təqdim edilməsi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 18:14 (UTC +04:00)
Vergi Məcəlləsinə əsasən, hər ilin yanvar-mart ayları ayrı-ayrı tədiyyələr üzrə bəyannamə və hesabatların vergi orqanlarına təqdim edilən dövrü hesab olunur.
İllik vergi bəyannamələrinin təqdim edilməsi başa çatıb

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Vergi Məcəlləsinə əsasən, hər ilin yanvar-mart ayları ayrı-ayrı tədiyyələr üzrə bəyannamə və hesabatların vergi orqanlarına təqdim edilən dövrü hesab olunur. Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi ilə yanaşı, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin də 01.01.2013-ci il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq, cari ilin əvvəlindən etibarən vergi orqanları tərəfindən geniş məlumatlandırma və izahat işləri aparılmış, vergi ödəyiciləri ilə görüşlər keçirilmişdir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında ümumilikdə vergi orqanları üzrə vergi ödəyiciləri ilə 264 görüş və treninq keçirilmiş, 2 min 759 vergi ödəyicisinə ünvanlı xidmət göstərilmiş, vergi orqanlarında 23 min 224, xidmət mərkəzlərində 29 min 34 vergi ödəyicisi qəbul edilərək onlara aidiyyəti xidmətlər göstərilmişdir.

2012-ci ilin yekunlarına görə, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan illik vergi bəyannamələrinin 96,2%-i, mənfəət vergisi bəyannamələrinin 95,1%-i, gəlir vergisi bəyannamələrinin 97,8%-i, yol vergisi bəyannamələrinin 94,3%-i, əmlak vergisi bəyannamələrinin 90,3 %-i vaxtında təqdim edilmişdir.

Hesabat dövrünün yekunları üzrə yanvar-mart aylarında təqdim edilməli olan 312 min 91 bəyannamənin 96,8%-i vaxtında təqdim edilmiş, onlardan 94,3%-i elektron formada olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti