...

Sabah Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyası öz işinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 10:35 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti dünyanın 182 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 12-21 iyun 2013-cü il tarixlərində keçiriləcək 92-ci Sessiyasında iştirak etmək üçün London şəhərinə xidməti səfərə yola düşüb.
Sabah Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyası öz işinə başlayır

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti dünyanın 182 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 12-21 iyun 2013-cü il tarixlərində keçiriləcək 92-ci Sessiyasında iştirak etmək üçün London şəhərinə xidməti səfərə yola düşüb.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Dənizdə insan həyatının mühafizəsinə dair" Beynəlxalq Konvensiya"nın, "Konteynerlərin təhlükəsizliyi haqqında Beynəlxalq Konvensiya"nın, "Yük nişanı haqqında Beynəlxalq Konvensiya"ya və həmin Konvensiyanın B əlavəsinə, "Gəmilərin əmniyyətli idarəedilməsi və çirklənmənin qarşısının alınması haqqında Beynəlxalq Məcəllə"nin tələblərindən irəli gələn vəzifələrə dair işgüzar müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlərdəndir.

Eyni zamanda, komitənin iclasında dənizdə təhlükəsizliyin təmin olunmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, Dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə, təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlərlə əlaqədar ümumi müzakirələr aparılacaq, qərarlar qəbul ediləcək.

Səfər zamanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun Beynəlxalq Dəniz Təşkilatının Baş katibi cənab Koji Sekimuzi və bir sıra ölkələrin dəniz administrasiyaları rəhbərləri ilə işğüzar ğörüşləri də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti