...

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 11:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 10-21-də Birləşmiş Millətlər Təşkilatının nüfuzlu ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 92-ci sessiyasında iştirak edib.
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasında iştirak edib

Azərbaycan, Bakı, 21 iyun / Trend /

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 10-21-də Birləşmiş Millətlər Təşkilatının nüfuzlu ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 92-ci sessiyasında iştirak edib. Bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası mətbuat xidmətinin məlumatında deyilir.

Sessiyada 1974-cü il tarixli "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya və qeyd olunan konvensiyanın 1978-ci il tarixli protokoluna, 1966-cı il tarixli "Yük nişanı haqqında Beynəlxalq Konvensiya"ya və həmin konvensiyanın 1988-ci il tarixli protokolunun B əlavəsinə, "Yanğın təhlükəsizliyi sistemləri üzrə Beynəlxalq Məcəllə"yə və "Təhlükəli kimyəvi maddələri qalama üsulu ilə daşıyan gəmilərin inşası və təminatı üzrə Beynəlxalq Məcəllə"yə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər üzrə müzakirələr aparılıb.

Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında çıxış edən Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi üzrə görülmüş işlərə yönəltmiş və problemin həlli məqsədilə bütün qüvvələrini səfərbər etdikləri üçün üzv dövlətlərə dərin təşəkkürünü bildirib.

Bununla yanaşı, K. Sekimizu çıxışında dünyada baş vermiş maliyyə böhranı ilə əlaqədar gəmiçilik şirkətlərinin qarşılaşdıqları çətinlikləri, gəmi sahiblərinin fəaliyyətlərinin stimullaşdırılması və səmərəliliyinin artırılması üçün dəniz dövlətləri tərəfindən həyata keçirilməli tədbirləri, yeni kadrların bu sahəyə cəlb olunmasının zəruriliyini, dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı məsələlərin həyati vacibliyini xüsusilə qeyd edərək, üzv dövlətləri bu sahədə normativ hüquqi bazanın daha da təkmilləşdirilməsi məqsədilə səylərini artırmağa çağırıb.

Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasının keçirildiyi dövr ərzində Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Koji Sekimizu ilə görüşü keçirilib, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsində Respublikada görülmüş işlər barədə müfəssəl məlumat verilib, habelə dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradıldığı dövrdən keçmiş qısa müddət ərzində əldə olunmuş nailiyyətlərin və Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində görülmüş işlərin müsbət qiymətləndirildiyi Baş katib tərəfindən xüsusi qeyd olunub.

Dəniz Təhlükəsizliyi Komitəsinin plenar iclaslarında dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, Dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə, təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması, nəqliyyat gəmilərinin davamlılığı, yük nişanı, maye yüklərin və qazların təhlükəsiz daşınması, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlərlə əlaqədar müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti