Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.Xəlilova/
"Qala Həyat" sığorta şirkətinə sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib. Bu barədə Trend Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən məlumat verir.
Məlumatda deyilir: "Sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, "Qala Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə əvvəllər verilmiş lisenziyasının müddətinin başa çatması ilə əlaqədar 29 iyul 2013-cü il tarixdə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib".