...

Ziyad Səmədzadə: Yaxın illərdə Azərbaycan ÜDM-də sığortanın xüsusi çəkisi bir faizədək artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2013 14:17 (UTC +04:00)
İlin sonuna Azərbaycanda adambaşına düşən sığorta mükafatının həcmi 40 manatı ötəcək.
Ziyad Səmədzadə: Yaxın illərdə Azərbaycan ÜDM-də sığortanın xüsusi çəkisi bir faizədək artacaq

Azərbaycan, Bakı, 14 oktyabr/Trend, müxbir A. Axundov/

İlin sonuna Azərbaycanda adambaşına düşən sığorta mükafatının həcmi 40 manatı ötəcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sədri Namiq Xəlilov Milli Məclisin İqtisadi siyasət komitəsinin sığorta qanunvericiliyində dəyişikliklərə həsr edilmiş iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, "İcbari sığorta növləri" haqqında qanun qəbul edilənədək orta sığorta məbləği 16-17 manat təşkil edirdisə, 2012-ci ilin sonuna bu göstərici 37 manatadək artıb: "Son illər Azərbaycanın sığorta bazarı dinamik inkişaf edir. Bazar 2012-ci ildə 60 faiz artdığı halda, bu ilin 9 ayında artım 16-17 faiz səviyyəsində olub".

N. Xəlilov bildirib ki, bazarın inkişafına təsir təkcə icbari növlərin fəaliyyəti ilə məhdudlaşmır: "Onlar könüllü sığorta növlərinin inkişafına təkan verir. İcbari növlərin işi sayəsində insanlar daha çox sığorta halları ilə üzləşirlər,tez-tez sığorta şirkətlərinin xidmətlərindən istifadə edirlər və yekunda sığortaya qarşı münasibətlərini dəyişirlər".

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, sığorta Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridir: "Yaxın illərdə bazarın iştirakçıları 1 milyard manat həcmində mükafat toplamağı planlaşdırır ki, bu da ÜDM-də sığortanın xüsusi çəkisinin 0,1 faizdən ÜDM-nin 1 faizinədək artması anlamına gəlir. Bu, mövcud sahədə ciddi tərəqqidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti